Haqqımızda ətraflı məlumat

“Az Filter” MMC Azərbaycan Respublikasında Filter məhsullarının ilk istehsalçısı kimi 2000-ci ildən fəaliyyətə başlayıb. Bakı şəhərində yerləşən şirkət, hal-hazırda bazarda mövqeyini saxlamaqda davam edir və ixtisaslı işçi qüvvəsi yeni İtalyan ONS Group və Meksika HOVOMEX texnologiya və avadanliqlar istifadə edərək münasib qiymətdə yüksək keyfiyyətli məhsullar təklif edir.

“Az Filter” MMC minik və kommersiya avtomobilləri, həmçinin sənaye, tikinti, kənd təsərrüfatı, dağ-mədən və dəniz sahələrində istifadə olunan texnikalarin filterlərini istehsal və təmir etməyə qadirdir.

Müəssisə, eyni zamanda “Radiator İran” Şirkətinin ekskluziv distribyutoru olaraq Radiatorlar, Radiyator Şəbəkəsi və Qızdırıcıların satışını təmin edir, həmçinin filter, əyləc üzlüyü, əyləc diski, amartizatorlar, resorlar, bamperlər və digər ehtiyat hissələrinin idxalı ilə məşğuldur.
Biz münasib qiymətlə yüksək keyfiyyətli məhsullar ilə müştərilərə xidmət etmək üçün çalışırıq.

Müştəri məmnuniyyəti Az Filter şirkətinin əsas missiyasıdır.